Mask yəhudi ola biləcəyini iddia etdi

11:21 - 25 Yanvar 2024

Mask yəhudi ola biləcəyini iddia etdi

Sosial media X platformasında Fələstinə dəstək verən hesabları bloklamadığı üçün ABŞ-dakı yəhudi lobbilərinin təzyiqinə məruz qalan amerikalı milyarder İlon Mask özünün də yəhudi ola biləcəyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask bu barədə Polşanın Krakov şəhərində keçirilən Avropa Yəhudi Birliyi konfransında sionist köşə yazarı Ben Şapiro ilə müsahibəsində danışıb.

Mask açıqlamasında yəhudilərin ətrafında böyüdüyünü və ibrani dilini öyrədən uşaq bağçasına getdiyini bildirib. Mask, "Yəhudilərin ətrafında böyümüşəm. İbrani dilini öyrədən uşaq bağçasına getmişdim. Mənim adım da çox yəhudi bir addır. 13 yaşımda İsrailə getmişdim. Dostlarımın çoxu yəhudidir. Bəzən "mən də yəhudiyəm?" deyə düşünürəm. Yəhudi kimiyəm” deyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az