Çində ardıcıl 2 güclü yeraltı təkan qeydə alındı

12:14 - 25 Yanvar 2024

Çində ardıcıl 2 güclü yeraltı təkan qeydə alındı

Yanvarın 25-də səhər saatlarında Qazaxıstanın Almatı şəhərindən 258 kilometr cənub-şərqdə Çin ərazisində ardıcıl olaraq 5,1 bal və 5,9 bal gücündə iki zəlzələ qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

Seysmik stansiyanın məlumatına görə, maqnitudası 5,1 olan yeraltı təkanların episentri 10 kilometr dərinlikdə yerləşib.

Qeyd olunub ki, Almatıda zəlzələ iki bal gücündə hiss olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az