Siqaret çəkə-çəkə yatan şəxs yanaraq ÖLDÜ - FOTO

15:40 - 25 Yanvar 2024

Siqaret çəkə-çəkə yatan şəxs yanaraq ÖLDÜ - FOTO

Moskvanın mərkəzində yaşayış binasında ölümlə nəticələnən yanğın baş verib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, yanğın yanvarın 23-də axşam saatlarında Protopopovski prospektində yerləşən binanın mənzilində qeydə alınıb. 

Məlumata görə, 60 yaşlı kişi evdə yandırdığı siqaretlə yuxuya gedib. Bu isə evdə yanğına səbəb olub. Yanğın nəticəsində mənzil sahibi və iti ölüb. Heyvanın meyiti dəhlizdə tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, prosesin gedişi Meşçanski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb. Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, yanğının səbəbi ekspertlər tərəfindən yanğın-texniki ekspertiza zamanı müəyyən ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az