Seksual məzmunlu şəkillərini satan arvadını dəfələrlə bıçaqladı

16:38 - 25 Yanvar 2024

Seksual məzmunlu şəkillərini satan arvadını dəfələrlə bıçaqladı

Rusiyada 26 yaşlı seksual məzmun istehsalçısı Anastasiya Qrişman əri tərəfindən 22 bıçaq zərbəsi ilə öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 24 yaşlı Dmitri Xamlovski hadisəni törətdikdən sonra üstünün açılmasının qarşısını almaq üçün arvadının telefonunda gələn mesajları cavablandırıb və sosial media hesabında paylaşım edib.

Daha sonra ondan bir müddət xəbər tutmayan dostu polisə xəbər verdikdən sonra evə gələn qruplar Anastasiyanın parçalanmış cəsədini vannada tapıblar.

Şübhəli şəxs qismində saxlanılan Dmitri polisə əvvəlcə arvadının psixi problemləri olduğunu və ona “məni öldürməni istəyirəm” dediyi üçün öldürdüyünü bildirib.

Daha sonra o, həyat yoldaşının internet üzərindən satdığı seksual şəkillərə görə qısqanclıq içində olduğu üçün həyat yoldaşını öldürdüyünü etiraf edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az