İsrailin baş naziri Benyamin Netanyahunun "yəhudi xalqının əsl dostu" kimi xarakterizə etdiyi Argentinanın yeni prezidenti Xavyer Miley İsrailə rəsmi səfəri zamanı Qüdsdəki Qərb Divarını ziyarət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kipa taxıb uzun müddət üzünü divara sürtən Miley göz yaşlarına hakim ola bilməyərək yanındakı ravvini qucaqlayıb. Həmin anlar kameralara yansıyıb.
Mileyin Argentina iqtisadiyyatını düzəltmək və kredit tapmaq üçün İsrailə getdiyi iddia olunub.
Qeyd edək ki, seçki kampaniyası zamanı prezidentliyi qazanacağı təqdirdə Argentinanın Təl-Əviv səfirliyini Qüdsə köçürəcəyinə söz verən Miley İsrailin Qəzzaya hücumlarını da dəstəkləyib.
Əfsanə Rəcəb
Manşet.az