HƏMAS-dan məhbus mübadiləsinə müsbət cavab

10:54 - 07 Fevral 2024

HƏMAS-dan məhbus mübadiləsinə müsbət cavab

Həmas Misir və Qətərə əsir mübadiləsi və atəşkəs təklifi ilə bağlı “çərçivə razılaşması”na cavab göndərdiyini və onların da “müsbət” cavab verdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken və Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani Dohada birgə mətbuat konfransında açıqlamalar veriblər.

Al Tani, HƏMAS-ın təklifə "müsbət cavab verdiyini" açıqlayıb. HƏMAS-ın cavabını Təl-Əvivə çatdırdıqlarını ifadə edən Tani, məsələnin həssaslığına görə ətraflı məlumat verə bilməyəcəyini bildirib.

ABŞ dövlət katibi Antoni Blinken “Həmasın girov razılaşmasına reaksiyasını nəzərdən keçiririk və çərşənbə günü İsrail hökuməti ilə görüşəcəyik” deyib.

Əl Tani kimi təfərrüata varmayan Blinken, "Hələ görüləcək çox iş var, lakin biz razılaşmanın mümkün və hətta zəruri olduğuna inanmağa davam edirik" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az