Keçmiş prezident helikopter qəzasında həlak oldu

11:19 - 07 Fevral 2024

Keçmiş prezident helikopter qəzasında həlak oldu

Çilinin keçmiş prezidenti Sebastian Pinera helikopter qəzasında həlak olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Daxili işlər naziri Karolina Toha 74 yaşlı Pineranın ölümünü təsdiqləyib.

Qəzaya uğrayan helikopterdəki digər 3 nəfərin sağ qaldığı, Pineranın da cəsədinin tapıldığı bildirilib.

Çili prezidenti Qabriel Boric Pineranın ölümündən sonra ölkədə 3 günlük matəm elan edildiyini və dəfn mərasiminin cümə günü keçiriləcəyini açıqlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az