Azərbaycanda AĞIR QƏZA: Ölən və ağır yaralılar var - YENİLƏNDİ (FOTOLAR)

17:40 - 15 Fevral 2024

Azərbaycanda AĞIR QƏZA: Ölən və ağır yaralılar var - YENİLƏNDİ (FOTOLAR)

Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların kimliyi bilinib

Manset.az Report-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun 32-ci km-də, Xaçmaz rayonunun Mürşüd-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi zamanı Novruzov Üzeyir Telman oğlu hadisə yerində ölüb.

Quba rayonu 1-ci Nügədi kənd sakinləri Qonaqbəyov Cavid Murad oğlu və Məmmədov Balakişi Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

16:55

Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az “Report”a istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili ikiqoşqulu “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə bir nəfər ölüb. Ağır xəsarətlər alan iki nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az