Türkiyənin Manisa şəhərində dəhşətli qəza olub.
Manset.az CNNTürki-ə istinadən xəbər verir ki, Manisanın Alaşehir rayonunda idarəetməni itirən avtomobil qarşı zolağa çıxıb və digər avtomobillə toqquşub.
Təhlükəsizlik kamerasına düşən qəzada TIR-ı ötməyə çalışan avtomobil bir zolaqdan digərinə atılıb.
Qəza nəticəsində iki avtomobilin sürücüsü də daxil olmaqla 3 nəfər ağır xəsarət alıb. Bölgəyə qruplar göndərilib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Jalə
Manşet.az