Ödənişli yolda baş verən dəhşətli qəza ilə bağlı rəsmi açıqlama - YENİLƏNDİ (VİDEO)

11:54 - 19 Fevral 2024

Ödənişli yolda baş verən dəhşətli qəza ilə bağlı rəsmi açıqlama - YENİLƏNDİ (VİDEO)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi ötən ay qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, hadisə 13 yanvar 2024-cü il tarixdə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisindən keçən 111-ci kilometrdə qeydə alınıb.

Sürücünün “BMW-320” markalı 77-MH-914 dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən avtomobil eyni istiqamətdə, yolun sağ kənarına çıxaraq, təhlükəsizlik sədlərini qırıb keçməklə aşıb.

Hadisə nəticədə sürücü həyatını itirib, nəqliyyat vasitəsində olan digər üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olub-olmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az