Azərbaycanda DƏHŞƏTLİ QƏZA: "Qazel" qatarla TOQQUŞDU

23:27 - 21 Fevral 2024

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: \"Qazel\" qatarla TOQQUŞDU

Zaqatalada “Qazel” qatarla toqquşub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, “Qazel” markalı yük maşını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.

E.Abbasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az