FHN dörd nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

09:29 - 17 Oktyabr 2021

FHN dörd nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Qubada baş verən və dörd nəfərin ölmü ilə nəticələn qəza barədə məlumat yayıb.

FHN-dən Manset.az-a verilən məlumata görə, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az