Sarayda AĞIR QƏZA: 2 nəfər öldü - FOTO

21:49 - 31 May 2024

Sarayda AĞIR QƏZA: 2 nəfər öldü - FOTO

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az  APA-ya istinadla xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az