“Azneft” İB-nin Dərin Dəniz Özülündə yanğın - Ölən var

22:29 - 02 Sentyabr 2024

“Azneft” İB-nin Dərin Dəniz Özülündə yanğın - Ölən var

Bu gün “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb. 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb. 

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, “Azneft” İB-nin 1 saylı  İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib. 

Hazırda hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az