Bakıda peşə liseyinin tələbələri arasında dava - Bıçaqlanan var

22:16 - 17 Sentyabr 2024

Bakıda peşə liseyinin tələbələri arasında dava - Bıçaqlanan var

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az