Ötən gecə Mingəçevir Polis Şöbəsinə 2 nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasından məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən xəbərə görə, zəhərlənən şəxslər şəhərin Bozdağ məhəlləsinin sakinləri Azadə Yusifova və İnqilab Yusifzadədir. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.