Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub “Bank of Baku”nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, “Bank of Baku”nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində olan “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə iki il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə səkkiz il üç ay müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində də “polisin nəzarətinə vermə” qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.
Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.
Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.
Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.
"Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb
10:29 - 07 Dekabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
31 Oktyabr 2026 - 19:53
Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - Yoxlamalar başladı
01 Noyabr 2026 - 10:22
Bakıda keçmiş ət kombinatında yanğın - VİDEO
31 Oktyabr 2026 - 17:51
"Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər”
31 Oktyabr 2026 - 18:52
2500 manat maaş, 300 manat yemək pulu - “Sahil Transport” sürücü axtarır
31 Oktyabr 2026 - 20:53
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edildi
31 Oktyabr 2026 - 19:17
Kəmaləddin Heydərovdan yeni təyinatlar
31 Oktyabr 2026 - 16:40
Arvadını “TikTok”a görə döyən kişi məsuliyyətdən azad edildi
31 Oktyabr 2026 - 16:58
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu AÇIQLAMASI
31 Oktyabr 2026 - 16:10
"Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - MKA
01 Noyabr 2026 - 00:30
Ən faydalı və ən zərərli balıq növləri
31 Oktyabr 2026 - 15:55
Xamenei orduya göstəriş verdi
31 Oktyabr 2026 - 21:31
Anar Ələkbərov “44” filmi ilə bağlı paylaşım etdi
Xəbər xətti
- 01 Noyabr 2026
- 15:00 Kəlbəcər yolunda yük maşını sürücüsü qəzada öldü
- 14:45 Gəncədə evdən 35 yaşlı kişi meyiti tapıldı
- 14:30 Azərbaycanlı professor vəfat etdi - FOTO
- 14:22 Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşdü - FOTOLAR
- 14:05 Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
- 13:51 Leyla Əliyeva Payız festivalından paylaşım etdi
- 13:30 Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
- 13:10 Bakıda şadlıq sarayında qadınlar qidadan zəhərləndi
- 12:43 "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanıldı
- 12:37 Ayın 2-də yağış yağacaq, qara keçəcək - PROQNOZ
- 12:30 Daha bir jurnalist hadisəni işıqlandırarkən döyüldü - VİDEO
- 12:09 Prezident əlcəzairli həmkarını təbrik etdi
- 11:50 15 yaşı tamam olmayanlara sosial şəbəkə qadağası qüvvəyə mindi
- 11:30 Almaniyada 120 minlik AKSİYA - "Z nəsli bunu həll edəcək"
- 11:00 ABŞ-da stadionda atışma oldu
- 10:42 Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
- 10:22 Bakıda keçmiş ət kombinatında yanğın - VİDEO
- 10:05 Sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayının artırılmasından tam razıdırlar
- 09:45 Göygöldə ağır qəza - Yaralananlar var
- 09:28 "Bakı–Tbilisi–Bakı marşrutu üzrə 30 faiz daha ucuz qiymətə səyahət mümkündür" - Bəxtiyar Hacıyev
- 09:10 Magistral yolda ağır qəza - Ölənlər var
- 08:30 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir?
- 08:00 İdman zallarında ən çox mikrob olan yerlər
- 01:30 Gecə 6 saatdan az yatanları ciddi təhlükə gözləyir
- 00:30 Ən faydalı və ən zərərli balıq növləri
- 31 Oktyabr 2026
- 23:53 Sabirabadda maşın piyadanı vurdu - Vəziyyəti ağırdır
- 23:36 Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
- 23:28 Daha 2 cüdoçumuz Avropa çempionu oldu
- 23:14 Uşaqların saçından qazanc - Bəs onların hüquqları?
- 22:54 Biznesin gündəmi artıq bir ünvanda — 1business.media fəaliyyətə başladı
- 22:31 Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı
- 22:16 Avtomobillə moped toqquşdu - Yaralılar var
- 21:52 Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
- 21:31 Anar Ələkbərov “44” filmi ilə bağlı paylaşım etdi
- 21:24 "Türk dilli ölkələrin birliyi çoxlarını qorxuya salır" - Şamil Ayrım
- 21:14 Uşanqi Kokauri gümüş medal qazandı - YENİLƏNİB
- 20:53 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edildi
- 20:46 “Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
- 20:34 Şəkidə çaqqal qadına hücum etdi
- 20:12 "Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi
- 19:53 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - Yoxlamalar başladı
- 19:32 Arseniy Djioyev gümüş medal qazandı - YENİLƏNİB
- 19:17 Kəmaləddin Heydərovdan yeni təyinatlar
- 18:52 2500 manat maaş, 300 manat yemək pulu - “Sahil Transport” sürücü axtarır
- 18:34 İtkin düşən 10 nəfər tapıldı
- 18:17 Gəncədə ağır qəza - Yaralılar var
- 17:51 "Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər”
- 17:33 Polis əməkdaşları tərəfindən silah-sursat aşkarlandı
- 17:16 Zelenski Türkiyəyə getdi
- 16:58 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu AÇIQLAMASI
- 16:50 İranda 2 balıqçı qayığına PUA hücumu edildi