Narkotik qəbul edən sürücü mikroavtobusu polislərin üzərinə sürdü - VİDEO

12:39 - 01 May 2025

Narkotik qəbul edən sürücü mikroavtobusu polislərin üzərinə sürdü - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Bakı-Quba yolunun Abşeron rayonu ərazisində yerləşən stasionar postunda "Mercedes Sprinter" markalı mikroavtobusa "saxla" işarəsi verilsə də, sürücü - Beyləqan rayon sakini Kənan Mirzəli tabesizlik göstərərək hərəkətini davam etdirib.


Manset.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə qarşıdakı postlarda da təhlükəli manevrlər edərək polisin qanuni tələblərinə məhəl qoymayan Kənan Mirzəli görülən tədbirlər nəticəsində saxlanılıb:

"Araşdırması zamanı avtomobili hüquqsuz və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğunda Kənan Mirzəli məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib".



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv