Azərbaycanda DƏHŞƏT - 2 məktəblini maşın vurdu 

22:04 - 02 İyun 2025

Azərbaycanda DƏHŞƏT - 2 məktəblini maşın vurdu 

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.  


Manset.az Ajans.az-a istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü  Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv