Gənc oğlan çayda batdı - Saatlıda FACİƏ

19:41 - 20 İyun 2025

Gənc oğlan çayda batdı - Saatlıda FACİƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Zəka Amid oğlu Qasımovun meyiti suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az