Bakıda dəhşətli partlayış "Kinostudiya"nın pirotexniki anbarında baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, anbarda filmlərin çəkilişi zamanı istifadə olunan köhnə fişənglərin partladığı qeyd edilir.
Əraziyə təcili tibbi yardım və FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.