Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Manset.az-ın məlumatına görə, Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov partlayış baş vermiş kinostudiya ərazisinə gəliblər.