Bərdədə ticarət obyektlərində yanğın oldu

09:09 - 08 Dekabr 2021

Bərdədə ticarət obyektlərində yanğın oldu

Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Güloğlular kəndində ümumi sahəsi 400 m² olan bir dam altında tikilən ticarət obyektlərindən sahəsi 40 m² olan qarışıq mallar mağazasının və sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az