Qəzada yaralanan turistlərin kimliyi məlum oldu: FOTO - YENİLƏNİB

22:36 - 04 Avqust 2025

Qəzada yaralanan turistlərin kimliyi məlum oldu: FOTO - YENİLƏNİB

Qəbələdə baş vermiş yol qəzası zamanı xəsarət alanların kimliyi müəyyənləşib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları – 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham – müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

***

19:26

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az