Bir ailənin 5 üzvü zəhərləndi 

23:46 - 20 Avqust 2025

Bir ailənin 5 üzvü zəhərləndi 

Tovuzda dönərdən zəhərlənən şəxslərin adları məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N. Tağıyev, 2024-cü il təvəllüdlü K. Tağıyev, 2021-ci il təvəllüdlü R. Tağıyev, 2010-cu il təvəllüdlü E. Tağıyev və ailənin daha bir üzvüdür.

    Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.


    ***
    23:43


    Tovuzda dönərdən zəhərlənən 5 nəfərdən 3-ü azyaşlıdır.


    Manset.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

    Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

    ***

    23:12

    Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.


    Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

    Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

    Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az