20 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI

10:05 - 21 Avqust 2025

20 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb.


Manset.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, ötən gün Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az