Bakıda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi

16:23 - 26 Sentyabr 2025

Bakıda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi

Paytaxtın Xəzər rayonunda evdə yanğın olub.


Manset.az xəbər verir ki, bununla bağlı Fövqalədə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az