Bakıda ara məsafəsinin düzgün saxlanmaması yol qəzalara səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə məlumat və görüntü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paylaşılıb.
"Yağışlı havalarda qaydalara daha ciddi əməl edilməlidir. Əks halda qəzalar baş verir. Xüsusilə də yük avtomobillərinin iştirakı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir. Bu cür havalarda sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir", deyə paylaşımda bildirilib.