"Adapter" yanğına səbəb oldu - Sumqayıtda mənzil qəfil alovlandı

11:17 - 18 Noyabr 2025

\"Adapter\" yanğına səbəb oldu - Sumqayıtda mənzil qəfil alovlandı

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda, çoxmərtəbəli yaşayış binalarından birinin ikinci mərtəbəsində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

"Ani bir məqamda adapterdən od düşdü. Elə o saatda qonşular söndürdü. Allaha şükür, salamatlıqdır. Təzyiqim qalxmışdı, sağ olsun, həkimlər dərman verdi", - deyə zərərçəkən bildirib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı süjetdə:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az