Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyn Rüfət oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.
Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.