Şabranda qanunsuz ov edən şəxs saxlanıldı

21:39 - 15 Dekabr 2025

Şabranda qanunsuz ov edən şəxs saxlanıldı

Şabranda qanunsuz ov edən şəxs saxlanılıb.


Manset.az Report-a istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az