Hacıqabul rayonu ərazisində da ağır yol qəzası baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "DAF" markalı yük maşını qarşısında hərəkət edən digər yük avtomobili "KAmaz"a çırpılıb.
Nəticədə "DAF" markalı yük maşınının sürücüsü Qocayev Aydın Qoca oğlu elə hadisə yerində dünyasını dəyişib.
Qəza baş verən əraziyə hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.