16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı şübhəli bilinir

23:42 - 16 Dekabr 2025

16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az