Goranboyda bədbəxt hadisə baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.