Siyəzəndə dəhşət - 2 yaşlı uşaq maşında yandı

19:12 - 24 Dekabr 2025

Siyəzəndə dəhşət - 2 yaşlı uşaq maşında yandı

Siyəzən rayonununda 2 yaşlı uşaq avtomobildə yanaraq ölüb.


Manset.az xəbər verir ki, hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.

Kənd sakini 2023-cu il təvəllüdlü Bağırlı Seyfəl Hüseynağa oğlu yaşadıqları evin həyətində atasına məxsus “VAZ 2107” markalı avtomobilə oynamaq məqsədilə daxil olub. İlkin ehtimala görə, avtomobil daxilində baş verən qısaqapanma nəticəsində yanıb.

Bədbəxt hadisə nəticəsində Seyfəl Bağırlı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az