Sabirabadda maşın kanala aşdı - Sürücü öldü

23:11 - 27 Dekabr 2025

Sabirabadda maşın kanala aşdı - Sürücü öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

    Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlunun idarə etdiyi QAZ-31 markalı avtomobil kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az