Tərtərdə iki minik avtomobilinin iştirakı ilə qəza baş verib.
Manset.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Azad Qaraqoyunlu kəndi ərazisindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub.
Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.