Ağdaşda idarəetmədən çıxan minik avtomobilinin hasara çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşad kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, rayon sakini Yusif Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.