Minik avtomobili aşdı - Yaralılar var 

21:29 - 29 Dekabr 2025

Minik avtomobili aşdı - Yaralılar var 

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

    Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

    Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az