Zərdabda qəza: Yaralılar var - FOTO

19:56 - 31 Dekabr 2025

Zərdabda qəza: Yaralılar var - FOTO

Zərdabda yol qəzası olub, xəsarət alanlar var.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.

    İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 4-nün durumu orta-ağırdır, yüngül xəsarət alan 4 nəfər isə həkim müayinəsindən sonra evə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az