İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb.
Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.