Ağstafa rayonunda kişi ocaqda yanıb ölüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl ərazisində baş verib.
Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.