Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi - FOTO

15:00 - 04 Yanvar 2026

Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi - FOTO

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az