Gəncədə baş verən yanğında bir nəfərin meyiti aşkarlandı

23:41 - 04 Yanvar 2026

Gəncədə baş verən yanğında bir nəfərin meyiti aşkarlandı

Gəncə şəhərində yanvarın 3-də bir-birinə bitişik üç fərdi yaşayış evində baş verən yanğınla bağlı bu gün bir nəfərin meyiti tapılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Faiq Bayramov küçəsində qeydə alınıb.

Məlumata görə, 1974-cü il təvəllüdlü Zenfira Əliyevaya məxsus, sahəsi təxminən 90 kvadratmetr olan fərdi yaşayış evində kirayədə yaşayan 1972-ci il təvəllüdlü C. Zeynalovun yanmış meyiti aidiyyəti qurumlar tərəfindən aşkarlanıb.

Qeyd olunur ki, yanğın ötən gün səhər saatlarında Zenfira Əliyevaya məxsus evdə başlayıb və güclü olması səbəbindən qonşuluqda yaşayan 1958-ci il təvəllüdlü İntizam Əliyevaya və 1971-ci il təvəllüdlü Elmir Quliyevə məxsus evlərə də keçib. Nəticədə Zenfira Əliyevaya məxsus ev tamamilə yanıb, digər iki evin isə dam örtüyünün bir hissəsinə ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürmə texnikası və 40-a yaxın şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində bir evin yanar konstruksiyaları tamamilə, iki digər evin dam örtüyünün yanar hissələri isə qismən yanıb. Evlərin qalan hissəsi və ətraf tikililər yanğından mühafizə olunub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az