Salyanda QƏZA - 9 yaralı var

22:50 - 07 Yanvar 2026

Salyanda QƏZA - 9 yaralı var

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb


Manset.az APA-ya istinadən xəbər verir ki, sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az