Ağdam rayonunda yol qəzası baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçən şəxsi vurub. Qəza zamanı xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır