15 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən 5 nəfər saxlanıldı 

16:10 - 11 Yanvar 2026

15 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən 5 nəfər saxlanıldı 

“Azərbaycan Uşaqları” İctimai Birliyinin qaynar xəttinə 15 yaşlı qız tərəfindən müraciət daxil olub”.


Manset.az xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, 2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan saytımıza verilən məlumata görə, Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub:

“Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az