Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə KIA markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunublar.