Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqurdlu kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, dəmiryolu xəttini keçmək istəyən kənd sakini, 1967-ci il təvəllüdlü Tərlan Poladovu qatar vurub. Ağır bədən xəsarətləri alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.