Mingəçevir şəhərində qadın dəm qazından boğulub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Arzu Aslanova yaşadığı evin hamamında dəm qazından boğulub. Yaxınları onun meyitini hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.